"Google Maps"a sürücülər üçün faydalı funksiya əlavə olundu

iOS üçün "Google Maps" tətbiqi park edilmiş avtomobilin yerini avtomatik olaraq aşkarlayan və yadda saxlayan yeni bir funksiya əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "LinkedIn"də "Google Maps"in baş meneceri Ryo Akasaka məlumat verib.
Bu funksiya, istifadəçi "Google Maps"i işlək vəziyyətdə idarə edərkən smartfonunu USB, Bluetooth və ya CarPlay vasitəsilə avtomobilə qoşduqda işləyir. Hərəkətə başladıqdan sonra sonra tətbiq avtomatik olaraq xəritədə park yerini işarələyir və 48 saata qədər saxlayır. İstifadəçi avtomobili yenidən idarə etməyə başladıqdan sonra işarə avtomatik yox olur.
Əvvəllər menyuda müvafiq seçimi seçməklə park yerini əl ilə yadda saxlamaq mümkün idi. Bu yeni funksiya bu prosesi tamamilə avtomatlaşdırır. Bundan əlavə, artıq standart "P" işarəsi əvəzinə yeri göstərmək üçün xüsusi avtomobil nişanlarından istifadə olunur.
Avtomatik park yeri saxlama xüsusiyyəti təxminən bir ay əvvəl iPhone istifadəçilərinə təqdim olunmağa başlayıb. Hazırda o, yalnız tətbiqin iOS versiyasında mövcuddur.
"Google Maps"in Android versiyasında park xatırlatması da var, lakin işarə əl ilə silinməlidir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












