Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol hissəsi inşa olunacaq

Gürcüstanda Azərbaycan sərhədinədək olan Tbilisi-Qırmızı körpü beynəlxalq avtomagistralının Tbilisi-Rustavi yolunun ikinci hissəsinin inşası üzrə tender elan edilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişafı Fondundan bildirilib. Layihə çərçivəsində Poniçala hissəsində 3,6 kilometr uzunluqda yolun və Kür çayı üzərində iki yeni körpünün (211 və 170 metr) tikintisi planlaşdırılıb. Sahilboyunda istirahət zonaları və işıqforlarla təchiz edilmiş təhlükəsiz piyada zonaları da yaradılacaq. Bununla yanaşı həm yerli, həm də beynəlxalq tranzit daşımaların tələblərinə tam cavab verən iki səviyyəli nəqliyyat qovşağı da inşa ediləcək və Poniçala ərazisində yerli hərəkətin tənzimlənməsi üçün birsəviyyəli qovşaq təşkil olunacaq. Gürcüstanın İnfrastruktur Nazirliyinin məlumatına əsasən, yeni yol hissəsinin inşası şəhər küçələrində yük və tranzit daşımalarının intensivliyini əhəmiyyətli dərəcədə azaldacaq, səyahət müddətini qısaldacaq və təhlükəsizlik səviyyəsini yüksəldəcək. Yolun inşası zamanı bütün müvafiq tikinti, ekoloji və sosial standartların nəzərə alınacağı qeyd olunub.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












