Gürcüstandan Rusiyaya yeni yol bu tarixdə istifadəyə veriləcək

Gürcüstan-Rusiya sərhədinə gedən 23 kilometrlik yol 2028-ci ildə tam istifadəyə veriləcək.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin infrastruktur nazirinin müavini Mzia Giorgobiani məlumat verib.
"Layihə iki hissədən ibarətdir. Birinci hissə 9 kilometrlik tuneldir, artıq qazılıb, tamamlanma işləri aparılır. İkinci hissə tunellərdən və unikal tağlı körpüdən ibarət giriş yoludur. İkinci hissədə işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Lakin Qudauriyə gedən yolun gələn il açılması mümkündür", - Giobiani bildirib.
Kveşeti-Kobi yolu qışda tez-tez uçqunların baş verdiyi Kobi-Qudauri hissəsinin dolama yoludur və bu, Rusiya ilə quru sərhədinin bağlanmasına səbəb olur.
Tikinti başa çatdıqdan sonra Tbilisidən Qudauriyə gediş müddəti 30 dəqiqə azalaraq 1 saat 30 dəqiqə, Stepantsmindaya isə 1 saat azalaraq 1 saat 45 dəqiqə çəkəcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












