Hava limanları ilə bağlı qanunvericilikdə dəyişiklik edilir

Hava limanlarının inşası və genişləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna təklif olunan dəyişiklik Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi, eləcə də yeni hava limanları və aerodromların tikintisi torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar siyahısına daxil ediləcək.
Bildirilib ki, beynəlxalq aviasiya təşkilatlarının tələblərinin yerinə yetirilməsi, uçuşların təhlükəsizliyinin artırılması, hava limanları ətrafında təhlükəsizlik zonalarının yaradılması və genişləndirilməsi, yeni uçuş-enmə zolaqlarının salınması və mövcud zolaqların genişləndirilməsi bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınmasını zəruri edir.
Qeyd olunub ki, mövcud qanunvericilikdə bu məqsədlərlə torpaq alınmasının nəzərdə tutulmaması mülkiyyət münasibətlərinin tənzimlənməsində və tikinti işlərinin operativ aparılmasında çətinliklər yaradır.
Təklif edilən dəyişikliklər hava limanlarının strateji əhəmiyyət daşıyan obyektlər olduğunu nəzərə alaraq, onların ərazilərinin artırılması və yeni obyektlərin tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasına hüquqi əsas yaradacaq. Qanun layihəsinin qəbul edilməsi torpaq sahələrinin daha çevik əldə olunmasına və bu sahədə yaranan mübahisələrin daha tez həllinə imkan verəcək.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












