Hərbi xidmətlə bağlı məlumatlar “mygov"a inteqrasiya olunub

Vətəndaşların hərbi xidmətlə bağlı məlumatlara rəqəmsal çıxış imkanları genişləndirilib.
Bu barədə Avtosfer.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər. Əvvəllər yalnız fiziki formada təqdim olunan bu məlumatlara çıxış tam rəqəmsallaşdırılıb. Vətəndaşlar artıq fiziki xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.
Yeni funksionallıq çərçivəsində təqdim olunan məlumatlar:
Hərbi qeydiyyat
- Müddətli həqiqi hərbi xidmət məlumat
- Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət
- Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə
- Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair məlumat
- Həqiqi hərbi xidmət keçmək haqqında məlumat
Məlumatlardan istifadə qaydası aşağıdakı kimidir:
- “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olunur.
- “Hərbi məlumatlarım” seçilir.
- Hərbi məlumat növü seçilir.
- Məlumatlarla tanış olunur.
Sənəd istəyə uyğun olaraq PDF formatında yüklənə və ya rəqəmsal şəkildə paylaşa bilər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












