Hibrid maşınlara güzəştlər ləğv edilir: avtomobil parkı necə yenilənəcək? - VİDEO

“Azərbaycanda 3 il əvvəldən elektromobillərə tətbiq edilən güzəştlər nəqliyyat ekspertlərinin təklifləri əsasında hibrid və plug-in hibrid avtomobillərə də tətbiq edildi. Amma dövlət tərəfindən açıqlanan qərara əsasən gələn ildən hibrid və plug-in hibrid avtomobillərə güzəştlər olmayacaq”.
Bu fikirləri Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, 2026-cı ilin yanvarından vergi güzəştlərinin ləğvi xəbəri bazarda xüsusilə hibrid avtomobillərdə qiymət artımına səbəb olub:
“Azərbaycanda maşın bazarı avtomobil dəllalları, alverçilər tərəfindən idarə olunur. Yeni xəbərdən sonra hibrid və plug-in hibrid avtomobillərin qiymətləri təxminən 2000 manat artıb. Onlar istədikləri kimi qiymətləri müəyyənləşdirirlər. Bu, özbaşına və qeyri-peşəkar davranış kimi qiymətləndirilə bilər. Bununla belə, müəyyən mənada bu proses bazarın təbii reaksiyasıdır, çünki vergi siyasətindəki dəyişikliklər avtomobil qiymətlərinə birbaşa təsir göstərir. Hibrid və “plug-in” hibrid modellərdə qiymət artımı xüsusilə nəzərə çarpacaq. Vergi güzəştləri ləğv olunduqda bir avtomobil üçün ƏDV təxminən 2000–5000 manat arasında dəyişə bilər. Müxtəlif modellərin və qiymət kateqoriyalarının nəzərə alınması ilə bu artım daha da fərqlənə bilər”.
Ekspert onu da qeyd edib ki, 2022-ci ildə dövlətin verdiyi qərar ölkə üçün mühüm əhəmiyyət kəsb edirdi. Güzəştlər ölkənin avtomobil parkına ciddi təsirini göstərdi:
“Bu qərarın məqsədi ölkənin avtomobil parkını yeniləmək, köhnə avtomobillərin sayını azaltmaq və daha ekoloji, müasir nəqliyyat vasitələrinin gətirilməsini təşviq etmək idi. Lakin təəssüf ki, gözlənildiyi kimi köhnə avtomobillər dövriyyədən çıxarılmadı. Əvəzində yeni avtomobillər gətirildi və nəticədə son üç il ərzində avtomobillərin ümumi sayı 1 milyon 500 mindən 1 milyon 950 minə yüksəldi. Beləliklə, təxminən 450 min yeni avtomobil ölkə ərazisinə daxil olub və hazırda aktiv şəkildə istismar olunur".
Elməddin Muradlı yeni qərarı şərh edərkən onu da vurğulayıb ki, illik gömrük statistikalarına nəzər saldıqda, ölkəyə illik 100 min civarında avtomobil gətirildiyi görünür:
“Buna baxmayaraq, utilizasiya prosesi zəif gedir. DÖvlətin əsas məqsədi o idi ki, avtomobil parkı yenilənəcək, insanlar köhnə avtomobillərdən imtina edəcək. Utilizasiyaya təqdime dilən maşınların sayı artmadı, əksinə daha çox maşın şəxsi istifadə üçün gətirildi. Xüsusən də taksi fəaliyyəti üçün istifadə edilən “Prius”lar Bakıda istismardan çıxarıldı. Amma satılan avtomobillər şəxsi maşın kimi istifadə edildi, bölgələrdə hələ də sürülür. Onların yerinə avtomobillər gətirildi, doğrudur, taksi parkı yenilənib. Açıqlanan statsitikalar əsasında demək olar ki, ölkədə qeydiyyatda olan 1 milyon 950 min avtomobilə rəğmən, Utilizasiya Fonduna təqdim olunan maşınların sayı heç 1000-i keçmir. Utilizasiya şərtləri, düşünürəm ki, o qədər də qaneedici deyil”.
Nəqliyyat eksperti Elməddin Muradlının şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










