İcra başçısı olan aparat rəhbərinin YERİNƏ TƏYİNAT - FOTO

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Qasım Əliyev gətirilib.
Xatırladaq ki, Qasım Əliyev 1976-cı il mart ayının 20-də Bakı şəhərində anadan olub. O, 1997-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 1999-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Yeni Aparat rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sabiq aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












