İctimai nəqliyyatda "brutto müqavilə" sistemi - "Qazanan tərəf sərnişinlər olacaq"

Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün, dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə "brutto müqavilə" sistemi tətbiq ediləcək.
Bəs "brutto müqavilə" sistemi nəqliyyat sahəsi üçün nə vəd edir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov öncə "brutto müqaviləsi"nin məğzini izah etdi:
""Brutto müqaviləsi"nin əsas məğzi ondan ibarətdir ki, dövlət daşıyıcı şirkətlərə müəyyən maliyyə yardımını edir, subsidiyanı verir və bunun müqavilində daşıyıcı şirkətlər ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz, keyfiyyətli və vaxtında daşınmasını həyata keçirməlidirlər".
Ekspertin sözlərinə görə, bu müqavilədə ən çox qazanan tərəf sərnişinlər olacaq.
"Vaxtında mənzil başına çatmaq imkanları daha da artacaq. Həmçinin daşıyıcı şirkətlər də özlərinin maliyyə təminatlarını artıq əsaslandıra biləcəklər. Maliyyə təminatı olduğuna görə də daha həvəslə yeni avtobusların alıb gətirilməsini və yüksək keyfiyyətli xidmət təşkil etməyi həyata keçirə biləcəklər", - deyə Eldəniz Cəfərov yekunlaşdırdı.(redaktor.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












