İran səfiri Ərdəbil dəmir yolunun Azərbaycanla birləşdirilməsi planlarından danışdı

İranın Ərdəbil vilayətinin valisi Məsud Emami Yeqane İranın Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu ilə görüşüb və İran prezidentinin Azərbaycana son səfəri zamanı qəbul edilən qərarların ciddi şəkildə icrasının vacibliyini vurğulayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məsud Emami, həmçinin, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşünü də xatırladıb.
"Öz sərhəd və iqtisadi imkanlarını nəzərə alaraq, Ərdəbil vilayəti birgə sənaye zonasının yaradılmasında rol oynamağa hazırdır", - deyə o bildirib.
Öz növbəsində Möctəba Dəmirçilu qeyd edib ki, Ərdəbil vilayətinin potensialı iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
"Səfir kimi fəaliyyətim dövründə quru nəqliyyat marşrutlarının bərpası, dəmir yolu xətlərinin inşası və Ərdəbil dəmir yolu şəbəkəsinin Azərbaycanın dəmir yolu sisteminə qoşulması istiqamətində ciddi addımlar atılacaq", - deyə o vurğulayıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












