İran və Azərbaycan arasında dördüncü sərhəd-keçid məntəqəsi istismara veriləcək

Gilan əyalətinin Astara şəhərinin icra başçısı Məhəmmədrza Şahabzadə İran və Azərbaycan arasında müştərək sərhəd körpüsünə baxış keçirərək deyib: "İran və Azərbaycan prezidentləri arasında əldə edilmiş koordinasiya və razılaşmalara əsasən, yaxın günlərdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara limanında yerləşən dördüncü sərhəd keçid məntəqəsinin istismara verilməsinin şahidi olacağıq. Yaxın vaxtlarda yeni avtomobil körpüsünün və 1400 metrlik marşrutun istismara verilməsinin birinci mərhələsində Azərbaycan Respublikasından yeni marşrutla tranzit və boş yük maşınları İrana daxil olacaq".
O, bildirib ki, yeni körpü və yolun istismara verilməsilə birinci mərhələdə Azərbaycan Astarasından İran Astarasına gündəlik 100-140 yüksüz iritonnajlı maşın daxil ola biləcək ki, bu da İran Astarasının daxilində nəqliyyat sıxlığının azalmasında müsbət rol oynayacaq. (Mehr)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












