Jalə Əhmədovaya yeni vəzifə verildi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.
Avtosfer.az xəbər verir ki, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ASF prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib.
Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək federasiyanın fəaliyyətini təqdirəlayiq qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər barədə hesabat təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub. Həmçinin səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.
Hazırda federasiyanın 4 vitse-prezidenti var - Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. Bundan başqa, İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov da təmsil olunurlar.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












