"KamAz"ın Azərbaycanda satışına başlanıldı - Yeni sənəd imzalandı - FOTO
Yeniliklər
23 İyul 2021 13:45

Rusiyanın “KamAZ” şirkətinin baş direktoru Sergey Koqogin və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev arasında müqavilə imzalanıb. Ortaq lizinq şirkətinin yaradılmasına dair müqavilə Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü əsnasında imzalanıb. Yeni lizinq şirkəti “KamAZ” markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq. İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitriy Volvaç da iştirak ediblər.
Oxunub : 1408
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












