Köhnə “iPhone” smartfonları yenilənib

Köhnə "Apple" smartfonları təcili sistem yeniləməsi ilə təmin olunub. Bu barədə "iClarified" nəşri məlumat yayıb.
ABŞ şirkəti qəflətən köhnəlmiş qurğular – smartfon, planşet və pleyerlər üçün sistem yeniləməsi buraxıb. "iOS 12.5.4" yeniləməsi 2013 və 2014-cü illərdə işıq üzü görən "iPhone 5s" və "iPhone 6" və "6 Plus" modelləri üçün buraxılıb. Həmçinin əməliyyat sisteminin xüsusi versiyası "iPad Air", "iPad mini 2" və "iPad mini 3" planşetləri, altıncı nəsil "iPod touch" pleyeri üçün mövcuddur.
Qeyd olunan qurğular rəsmi satışda yoxdur və aktual "iOS" versiyaları ilə təchiz edilməyəcək. Təhlükəsizlik yeniləməsi ilə təchiz edilən "iOS 12" sistemi 2018-ci ildə təqdim olunub. Yeniləməyə 32 nəfər üçün "FaceTime" videozənglər funksiyası, "Ekran vaxtı" funksiyası, təcili "Siri" komandaları, "Bildirişlər" funksiyasından kodun avtomatik doldurulması imkanları daxildir.
Yeniləmədə təhlükəsizlik sistemi yeniləmələri yer alıb və quraşdırılması tövsiyə olunur.
"Apple" şirkəti ilk dəfə deyil, köhnəlmiş qurğular üçün təcili təhlükəsizlik yeniləmələri buraxır. Martın sonunda şirkət "iPhone 5s", "iPhone 6" smartfonları, üçüncü nəsil "iPad mini", birinci nəsil "iPad Air" planşetləri və altıncı nəsil "iPod touch" pleyeri üçün nəzərdə tutulan "iOS 14.4.2" yeniləməsini təqdim edib./"ICTnews"
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












