Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur - FOTO

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolunda təmir-bərpa işlərinə başlanılıb.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, son illər bölgədə yağan intensiv yağışlar və torpaq sürüşmələri nəticəsində yolun bir neçə hissəsində çökmələr və deformasiyalar baş verib. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun bərpası və möhkəmləndirilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir.
Eyni zamanda, sürüşmə riski yüksək olan ərazilərdə əlavə tədbirlər görülür. Belə ki, həmin ərazilərdə istinad divarlarının tikilməsi ilə yanaşı, torpaq bərkidilməsi məqsədilə betonlama və sıvay işləri də aparılır.
“7 saylı Yol İstismarı” MMC-nin mühəndisi Samir Bədəlovun sözlərinə görə, yolun əvvəlki infrastrukturundan fərqli olaraq, bu dəfə marşrutun müəyyən hissəsində 2500 metr uzunluğunda xüsusi suötürücü kanalların tikintisi də nəzərdə tutulub və bu işlər hazırda sürətlə davam etdirilir.
Qeyd edək ki, bu yol 22 kilometr uzunluğunda olub, dağlıq ərazidən və Hirkan Milli Parkının ərazisindən keçir, 7 yaşayış məntəqəsini birləşdirir. 2018-ci ildə bu yol əsaslı şəkildə yenidən qurulmuş və istifadəyə verilmişdi.







"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












