Məhkəmələrdə süni intellektdən istifadə oluna bilər

Bir çox ölkələrdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda iştirakçıların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, gələcəkdə məhkəmədə bundan istifadə olunması istisna deyil:
"Yəqin ona hansısa sual veriləcək. Amma cavabı sadəcə rəy şəklində ola bilər. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Amma bütün qərarların arxasında canlı insan dayanır. Burada hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynayır. Bu məsuliyyətin arxasında insan dayanır. “Sofiya” xanım bunu bacara bilməz”.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə Azərbaycanda süni intellektin inkişaf konsepsiyasının təsdiqlənməsinin gözlənildiyini bildirib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə vurğulayıb ki, süni intellekt və kibercinəyatkarlıq suverenliyə təhlükə törədən amillərdəndir:
"Süni intellektlə bağlı qanun layihəsinin hazırlanması da planlaşdırılır. Bu baxımdan İKT sahəsini və məsələnin hüquqi aspektini yaxşı bilən kadrlar lazımdır".
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












