Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"

Bakı metrosunun "28 May–Dərnəgül" xəttində 11 ay davam edəcək təmir layihəsi nəqliyyat sistemində ciddi dəyişikliklərə yol açacaq. Ekspertlər sərnişin yükünün yerüstü nəqliyyata yönəlməsi ilə şəhərdə tıxacların və taksi tələbatının kəskin artacağını proqnozlaşdırır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev mövzu ilə bağlı açıqlamasında bildirib ki, metro xətlərinin ayrılması prosesinin müəyyən çətinliklər yaradacaq.
Ekspert qeyd edib ki, bu müddətdə sərnişin yükünün bir hissəsi avtobus, dəmir yolu və taksilərin üzərinə düşəcək ki, bu da tıxacların artmasına səbəb ola bilər. O proqnozlaşdırır ki, 11 ay davam edəcək proses zamanı 28 May–Dərnəgül istiqamətində sərnişindaşımada çətinliklər yaşanacaq:
“Xətlərin ayrılması və metronun inkişaf etdirilməsi üçün onların hər birinin ayrıca deposu olmalıdır. Xətlər ayrıldıqdan sonra daşıyıcılıq qabiliyyəti iki dəfəyə qədər arta bilər”.
Y.Mustafayevin sözlərinə görə, metroya alternativ olaraq ekspres və marşrut avtobuslarının sayı artırılsa da, bu, yaranacaq sərnişin yükünü tam qarşılaya bilməyəcək. Ekspertə görə, sərnişinlərin bir hissəsinin taksilərə yönəlməsi də nəqliyyat sıxlığını artıra bilər:
“Hazırda 40 mindən çox qeydiyyatdan keçmiş taksi olsa da, onların təxminən 22 mini müntəzəm fəaliyyət göstərir. Ehtiyac yarandığı halda fəaliyyətdə olmayan taksilərin də xidmətə qayıtması mümkündür”./sfera.az
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












