Metrodan avtobuslara bir toxunuşla keçid: Bakı nəqliyyatı rahatlaşır

“Metro və avtobuslarda NFC texnologiyasının tətbiqi nəqliyyat infrastrukturunda böyük texnoloji sıçrayışdır. NFC (Near Field Communication) yaxın məsafədən simsiz məlumat ötürmə texnologiyasıdır və ödəniş sistemlərində təhlükəsiz, sürətli əməliyyat aparmağa imkan yaradı”.
Avtosfer.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Həsən Qurbanov bildirib.
O əlavə edib ki, bu platforma həm yerli bank sistemləri, həm də Apple Pay, Google Pay kimi beynəlxalq ödəniş xidmətləri ilə inteqrasiya olunur:
“Ödəniş anında cihaz kart və ya telefonla əlaqə yaradaraq, əməliyyatı tokenləşmə prinsipi ilə həyata keçirir. Yəni real kart nömrəsi ötürülmür, onun yerinə müvəqqəti şifrələnmiş kod göndərilir. Bu da həm təhlükəsizliyi, həm də məlumatların qorunmasını təmin edir. Sistem mərkəzləşdirilmiş server vasitəsilə bütün əməliyyatları onlayn rejimdə izləyir və təsdiqləyir. Burada həm banklar, həm də “BakıKart” operatoru arasında real vaxtda məlumat mübadiləsi baş verir. Avtobuslara bu sistemin inteqrasiyası zamanı əsas çətinlik internet bağlantısı və cihazların sinxronizasiyası ilə bağlı olur. Bunun üçün hər bir marşrut avtobusu mobil şəbəkə üzərindən təhlükəsiz VPN kanalı ilə mərkəzi serverə bağlanacaq. Bu texnologiyanın tətbiqi həm nağdsız ödənişi təşviq edəcək, həm də sərnişin axınının təhlilini, marşrut planlaşdırılmasını və nəqliyyat idarəçiliyini daha səmərəli edəcək”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












