Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə əlavə haqq alınacaq

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.
“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə “Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı” adlı yeni maddə (233-1-ci) əlavə olunub.
Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.
Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












