Moped və skuterlərlə bağlı qaydalar müzakirə ediləcək – YENİ QANUN və CƏRİMƏLƏR - VİDEO

Azərbaycanda son dövrlərdə qida sektorunda fəaliyyət göstərən restoranların inkişafı özü ilə yeni istiqamətlərə yönəlməni gətirdi. Xüsusən pandemiya dövründə restoran yeməklərinin çatdırılması öz inkişafının pik nöqtəsinə çatdı. Bu isə nəqliyyat sektoruna birbaşa təsir demək idi. Tələbələr, eləcə də, gənclər çatdırılma sahəsində yaranan boşluqda özlərinə iş yerləri tapa bildilər.
Avtosfer.az xəbər verir ki, bu sektorda yeni iş yerlərinin yaranması həm də yeni qanunların qüvvəyə minməsinə tələb yaradıb. Ölkəyə gətirilən moped və skuterlər qeydiyyatdan keçirilmədiyi üçün hansısa qəza və oğurluq faktlarında tapılması qeyri-mümkün hala gəlib çıxıb.

Mövzunu saytımızın sosial şəbəkə hesablarında şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, moped və skuterlərlə bağlı narazılıqlar hər ötən gün artır:
“Bəzi Avropa ölkələrində bu istiqamətdə artıq məhdudiyyətlər tətbiq edilib. Fransanın Paris şəhərində skuterlə hərəkətə kifayət qədər sərbəstlik verildikdən sonra bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların artdığı müşahidə edildi. Buna görə də həmin şəhərdə skuterdən istifadə məhdudlaşdırıldı. Bir çox ölkələrdə say məhdudiyyəti tətbiq edildi. Bu gün ölkəmizdə də skuterlərdən istifadə edənlərin sayı artmaqdadır. Lakin bu istiqamətdə də tənzimləmələrə ehtiyac var. Ölkəmizdə skuterlərin sayında məhdudiyyətlər nəzərdə tutulub. Artıq hər kəs ürəyi istədiyi parkın önünə skuterlər düzüb kirayə verə bilməyəcək.

Eyni zamanda mopedlərlə bağlı da narazılıqlar artır. Təkcə Bakıda yox, çatdırılma xidməti inkişaf edən başqa şəhərlərdə də bənzər mənzərə müşahidə edilir. Moped sürücüləri səsboğucuya müdaxilə edərək yaratdıqları səs-küylə vətəndaşları narahat edir. Günün bütün saatlarında, gecə-gündüz bu adamların mopedindən çıxan səsə görə vətəndaşlar evində istirahət edə bilmir. Bununla bağlı da qanunvericiliyə dəyişikliklər gözlənilir. Qeydiyyat nişanı olmadan, eləcə də, göstəriciləri qanuna müəyyənləşəcək şəkilə uyğunlaşdırılmayan moped sürücüləri cərimələnəcək”.
Səfər
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











