Naxçıvan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edildi - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Avtosfer.az xəbər verir ki, A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
O, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
Həmçinin, 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlınməyə görə” medalı ilə təltif olunub.
2024-cü ilin avqust ayından cari tarixə qədər isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












