Naxçıvana elektrik mühərrikli avtobuslar gətiriləcək

Naxçıvan Muxtar Respublikasında nəqliyyat sisteminin təhlükəsizliyinin artırılması, atmosferə atılan tullantıların azaldılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhərinə 60 ədəd elektrik mühərrikli avtobus gətiriləcək. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonra şəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək. “Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmış müqaviləyə əsasən yeni gətiriləcək BYD markalı elektrik avtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdir və tam enerji ilə 240 km məsafə qət edə bilir. Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerji təchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luq transformator məntəqəsi inşa olunacaq. Bundan əlavə, qaraj daxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isə gələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıq sürətli enerji doldurma cihazı quraşdırılacaq. Marşrut xətlərinin son dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılması planlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli enerji doldurma cihazı istifadəyə veriləcək. Layihənin cari ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












