Nərimanov rayonunda Arif Hacıyev küçəsi təmir olunur - FOTO
Yeniliklər
17 İyun 2021 20:00

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 km olan 15-dən artıq küçə və yolun təmiri aparılır. İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Arif Hacıyev küçəsi idi ki, artıq agentlik tərəfindən müvafiq işlər icra olunur.
Uzunluğu 500 metr təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Küçə boyu aparılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq rayon üzrə İnvestisiya Proqramına əsasən təmiri nəzərdə tutulan digər ərazilərdə də təmir işləri aparılacaq.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
Oxunub : 1496
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ

















