Nuran Abdullayev insult xəstələrinin müalicəsində ilkə imza atdı

Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurla keçib.
AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevdir. Layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfelddir.
İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir.
Beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.
Alman şirkətlərindən biri məhsulun istehsalını həyata keçirmək üçün N.Abdullayev və M.Schönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır.
Artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün "CE" sertifikatlaşması prosesinə də başlanılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












