Oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq - NAZİR AÇIQLADI

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. Avtosfer.az xəbər verir ki, bunu "Report"a elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.
Nazir vurğulayıb ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:
"Biz prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir".
E.Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur:
"Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq".
Nazir qeyd edib ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












