Orta Dəhlizlə yük axınının artırılması üçün konteyner gəmiləri inşa ediləcək

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətlər qrupuna daxil olan “Kazmortransflot” milli dəniz gəmiçilik şirkəti Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə yük axınının artırılması məqsədilə iki müasir konteyner gəmisinin inşası barədə saziş imzalayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” KMG-yə istinadən xəbər verir.
Məlumata əsasən, “Kazmortransflot” və “AD Ports Group” Xəzər regionunda tərəfdaşlığın gücləndirilməsi və biznes fəaliyyətinin genişləndirilməsi məqsədilə razılıq əldə ediblər. Bu çərçivədə Xəzər dənizində istifadə üçün nəzərdə tutulmuş, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik iki müasir konteyner gəmisinin inşası planlaşdırılır. Suya oturumu az olan bu yeni gəmilər TBNM-in yük dövriyyəsini artıracaq və marşrutun keçid imkanlarını genişləndirəcək.
Bununla yanaşı, tərəflər Xəzər dənizi vasitəsilə intermodal bərə xəttinin inkişafı planlarını təsdiqləyiblər. Layihə çərçivəsində böyük tutumlu bərələrin inşası və müasir terminal infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu addımlar Qazaxıstan ixracatçıları və Orta Dəhlizin digər iştirakçıları üçün tranzit müddətini əhəmiyyətli dərəcədə azaldacaq.
Məlumatda qeyd olunur ki, bu strateji tərəfdaşlıq nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq logistikada Qazaxıstanın rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır. Bu marşrut “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olmaqla, regionda ticarət və logistikanın inkişafında mühüm rol oynayır.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












