Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı kimdir? – FOTO

Ermənistan yezidi (ezidi) kürdlərinin lideri Knyaz Həsənov Paşinyanın partiyasından yenidən deputat seçilib.
Avtosfer.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Rövşənoğlu qeyd edib.
O bildirib ki, 80-dən çox yaşı olan K.Həsənov illərdir, deputatdır və yezidi kürdlər adından çıxışlar edir:
“Əvvəllər Azərbaycanı da hədələyirdi. Demək, kürd xəbər saytlarından oxudum ki, sən demə, bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin “Amedspor” futbol komandasının idarə heyətinin üzvü imiş. Nurlana Nadirova da elə-belə adam deyil: Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, “Home Credit Bank”a rəhbərlik edib, nüfuzlu şəxsdir./globalinfo
Nurlana Nadirova
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, “Amed” Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində, “Amed” kürd sözü deyil, qədim Suryani dilindən gəlib. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə “Amed” sözünü ortaya atıblar.
Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının “Amedspor” komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedib erməni məsələsinə çıxır.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir













