Paytaxtda parklanma qiymətləri dəyişə bilər: Bəzi yerlər pulsuz, bəziləri isə...
Bakıda avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq. Maraqlıdır, tarif planı hansı yenilikləri nəzərdə tutur və paytaxtdakı parklanma siyasətində nə kimi dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hazırda belə bir konkret tarif tətbiq edilmir: "İlk növbədə yol hərəkəti təhlükəsizliyi, fasiləsizliyi, cəmiyyətin maraqları nəzərə alınmalıdır. Yalnız birtərəfli tariflərin müəyyənləşməsi, buna gəlir yeri kimi baxılması düzgün deyil. Beynəlxalq təcrübədən istifadə olunmalıdır. Şəhərdə bütün parklanmalar ödənişli ola bilməz. Əcnəbi ölkələrdə şəhər zonalara bölünür. Onların sayı 3 və daha çox ola bilir. Həmin zonalara uyğun tariflər müəyyənləşir. Adətən tarixi, məskunlaşmanın hədsiz sıx olduğu ərazilər birinci zona adlanır. Belə yerlərdə küçələr ensiz olduğu üçün parklanmaya çox ehtiyac olur. Burada parkinqlərin çoxu ödənişlidir və digər yerlərlə müqayisədə bahalığı ilə seçilir. Bizdə isə şəhərin əksər küçələri ensizdir və giriş-çıxış tıxaca səbəb olur. Parklanma minimal sayda olduğuna görə, qiyməti hər kəsə uyğun müəyyənləşir. Digər zonalar isə kombinə olunur. Zonaların sıra nömrəsi artdıqca qiyməti azalır. Bəzi ölkələrdə hətta 4, 5-ci zonalar ümumiyyətlə, pulsuz olur".
Ekspertin sözlərinə görə, parklanma yerlərinin sayı, hüdudları, neçə avtomobil üçün nəzərdə tutulduğu müəyyənləşməlidir: "Parklanma zamanla məhdudlaşdırıla bilər. Dünyanın əksər ölkələrində birinci zonada avtomobili 2 saatdan az saxlamaq olmaz. Ərazinin ödənişli olub-olmaması isə ehtiyaca əsasən müəyyənləşəcək. Bu tarif planının əsas məqsədi ictimai nəqliyyata daha çox diqqət edilməsidir. Adamlar bilsinlər ki, şəhərin mərkəzində parklanma asan deyil, pul xərcləməli olacaqlar. Məcburən avtomobili kənarda saxlayaraq ictimai nəqliyyatdan istifadə etməli olacaq. Parklanma xərcləri isə yol infrastrukturunda zəruri xərcləri ödəməyə imkan yaradacaq. Buraya texniki vasitələrin alınması, nəzarətçi şəxslərin əmək haqqı və s. daxildir".
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












