“Prior Leasing” tərəfindən fermerlərə - 3290 texnika təhvil verilib - FOTO

“Prior Leasing” ASC 2014-cü ildə təsis edilmiş və əsas fəaliyyət növü kənd təsərrüfatı, tikinti texnikaları və damazlıq heyvanların lizinqidir.
“Prior Leasing” ASC 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı seçilmiş və indiki dövrədək fermerlərə 3290 texnika təhvil verilmişdir.
“Prior Leasing” əsas məqsədi Prezident İlham Əliyevin 19 Dekabr 2018-ci il tarixində “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmanının tələblərinə uyğun olaraq ölkəmizdə kənd təsərrüfatının inkişafına öz töhvəsini vermək, fermerlərin texnika və damazlıq cins heyvanlarını sadələşdirilmiş lizinq şərtlərilə əldə etmələrini təmin etməkdir.
Geniş texnika seçimi ilə bərabər “Prior Leasing ASC”nin əsas üstünlüklərindən biri də Bakı şəhərindən xaric 11 bölgədə ( İmişli, Saatlı, Goran, Şəmkir, Ağstafa, Bərdə, Salyan, Quba, Cəlilabad, Ucar, Şəki) filiallarının olmasıdır. Filial daxilindəki sərgi salonlarında fermerlər Bakıya gəlmədən, yol xərclərinə və vaxtlarına qənaət edərək kənd təsərrüfatı texnika və aqreqatlarını seçib yerində operativ rəsmiləşdirə bilərlər.
Fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis etmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya almışdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq



















