"Qaradağ" quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Qaradağ" quru yük gəmisi əsaslı təmir edilib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, seperatorlar, radionaviqasiya cihazları təmir olunub.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.
"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.
İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












