Qazaxıstanın Kurık limanında yeni terminallar tikiləcək

Keçən il mütəxəssislər Kurık limanının sularında dibdərinləşdirmə işləri aparıb, nəticədə dərinlik 5,8 metrdən 7,5 metrə çatdırılıb.
Avtosfer.az “AZƏRTAC”a istinadla xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Marat Karabayev məlumat verib. O əlavə edib:
“Bu ilin may ayında Aktau limanında analoji dibdərinləşdirmə işlərinə başlanılacaq: Kurık limanında iki quru yük və bir taxıl terminalı tikilib”.
Onun sözlərinə görə, bu il neft yüklənməsi, gələcəkdə isə “yaşıl hidrogen” istehsalı terminalının tikintisinə başlanılması planlaşdırılır.
Nəqliyyat Nazirliyinin rəhbəri bildirib:
“Çin şirkəti ilə birlikdə Aktau limanında konteyner qovşağının tikintisi layihəsi həyata keçirilir. Bu, limanın ötürücülük qabiliyyətini 140 min TEU-dan 240 min-ə yüksəldəcək. Bundan əlavə, ticarət gəmilərinin sayı iki dəfə artacaq: əgər donanma hazırda 17 vahiddən ibarətdirsə, 2027-ci ilə qədər onların sayı 34-ə çatacaq”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












