Rasim Balayevin yerinə yeni sədr seçiləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) qurultay keçirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə ittifaqın icraçı katibi Əli İsa Cabbarov məlumat verib. O bildirib ki, qurultayda ittifaqa yeni sədr seçiləcək:
“Qurultay Rasim Balayevin 40 mərasimindən sonra keçiriləcək. Sədrin qurultay tərəfindən seçilməsi nizamnamənin tələbidir”.
“AKİ-in İdarə Heyəti yenidən formalaşacaq?” sualına Əli İsa Cabbarovun cavabı belə olub:
“Xeyr, İdarə Heyətinin 2028-ci ilə qədər səlahiyyət müddəti var. Sadəcə Rasim müəllimin vəfatı ilə əlaqədar yeni sədr seçkisi olacaq”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev uzun sürən xəstəlikdən sonra martın 29-da Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, ötən gün I Fəxri Xiyabanda dəfn edilib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib. Yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub və Xalq artisti Rasim Balayev sədr seçilib./no.comment
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












