Rusiya aeroportlarında yeni qaydalar tətbiq olundu

Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.
Avtosfer.az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, təhlükəsizlik xidməti əməkdaşları artıq litium batareyaların faktiki tutumunu və onların müəyyən edilmiş xüsusiyyətlərə uyğunluğunu yoxlamağa borcludurlar.
Bu tip cihazların daşınmasına yalnız əl yükündə icazə verilir. Eyni zamanda, hər bir akkumulyator qısaqapanma riskindən qorunmalıdır.
Bundan əlavə, təyyarə göyərtəsində cihazları doldurmaq üçün "powerbank"lardan istifadə etmək, eləcə də akkumulyatorların özlərini şarj etmək qadağan olunur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












