Sabah ilk dəfə “Boeing 737-8 MAX”ın uçuşları bərpa edilir

Braziliyanın GOL aviaşirkəti ayrı-ayrı ölkələrdə iki təyyarə qəzası ilə əlaqədar yaranmış il yarımlıq fasilədən sonra ilk dəfə olaraq “Boeing 737-8 MAX” təyyarələrinin uçuşlarını bərpa edəcək.
“Report” xəbər verir ki, bu barədə yük təyyarəsinin saytında bildirilir.
"Braziliyanın ən böyük aviaşirkəti ticarət daşınmaları üçün 9 dekabrdan MAX-8-in istismarına başlayacaq", - saytdakı xəbərdə deyilir. Qeyd edilir ki, şirkət bu modeldən olan yeddi təyyarəsini ilin sonuna kimi işə salmağı planlaşdırır.
"Son 20 ay ərzində dünyanın müxtəlif ölkələrindən tənzimləyici və aviaşirkətlərin iştirakı ilə ticarət aviasiyasi tarixində ən böyük təhlükəsizlik auditini keçirdik", - deyə daşıyıcının mətbuat xidməti vitse-prezident Celso Ferrerin sözlərini sitat gətirib. Təyyarəni xidmətə qaytarmazdan əvvəl şirkətin təyyarə istehsalçısı ilə birlikdə Milli Mülki Aviasiya Agentliyinin (ANAC) və ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) tələblərinə uyğun olaraq 140 pilot hazırladığı qeyd olunur.
“Boeing 737 MAX”ın istismarı iki qəzadan sonra dayandırılıb. İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi 29 oktyabr 2018-ci ildə qəzaya uğrayıb. Nəticədə 189 insan həlak olub. 10 mart 2019-cu il Efiopiyada “Ethiopian Airlines” aviaşirkətinin “Boeing 737 MAX 8” təyyarəsinin qəzaya uğraması nəticəsində isə daha 157 insan ölüb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












