"SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edildi

20 ildən artıqdır Azərbaycanın özəl səhiyyə sektorunda fəaliyyət göstərən aparıcı qurumlardan biri olan "SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib. Şəbəkənin idarəçi direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.
O, Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili almış, həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini fərqlənmə ilə başa vurmuş, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə ilə bitirmişdir. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələrin müəllifidir və bu istiqamət üzrə doktorantura təhsili alır.
Vədiyə Ələkbərzadə indiyədək dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışmış, hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübə qazanmışdır. O, eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir və bu çərçivədə səhiyyə xidmətlərinin hüquqi təhlükəsizliyinin təmin edilməsi, pasiyent və həkim hüquqlarının qorunması, habelə tibbi praktikada etik standartların tətbiqi istiqamətində təşəbbüslər həyata keçirir. Bununla yanaşı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan Hüquqları və İnformasiya hüququ UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları üzrə mühazirələr aparır.
Qeyd edək ki, bu təyinata qədər o, "SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsində direktor müavini vəzifəsində çalışmış, institusional idarəetmənin gücləndirilməsi, nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də proseslərin sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətində bir sıra layihələrə rəhbərlik etmişdir. Yeni təyinat şəbəkənin dayanıqlı inkişaf strategiyasının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin artırılması və kadr siyasətinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!











