“Şapşan” Xəzər dənizinə buraxıldı - FOTO

Aktau limanında “Şapşan” sürətli nəqliyyat-desant kateri təntənəli şəkildə Xəzər dənizinə buraxılıb.
Avtosfer.az Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Manqistau vilayətinin akimatının (yerli idarəetmə orqanı – red.), Müdafiə Nazirliyinin, istehsalat müəssisəsinin, Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi, dənizçilər və silahlı qüvvələrin veteranları iştirak ediblər.
Kater dörd ekipaj üzvü üçün nəzərdə tutulub. Onun desant tutumu 20 dəniz piyadaçısı, kruiz məsafəsi 450 mil və sürəti 45 düyündür.
Təxribat əleyhinə kater dənizdə və çay mənsəblərində əməliyyatların keçirilməsi, desantın təchiz olunmamış sahilə daşınması və çıxarılması, atəş dəstəyi, tibbi təxliyə və çətin vəziyyətdə olanlara yardım üçün nəzərdə tutulub.

Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












