Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir - FOTO

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Səbail rayonu üzrə təmirə ehtiyacı olan, 10 min nəfərdən çox əhalinin yaşadığı ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə sözügedən rayonun 1 400 metr uzunluğa malik Yüzbəy Mürsəlov və 2 000 metr uzunluğu olan Arif İsmayılov küçələrində aparılan təmir-tikinti işləri son mərhələ üzrə icra olunur. Hər iki küçənin eni ortalama 9 metr təşkil edir.
İşlərin yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Səbail rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
İnvestisiya proqramına uyğun olaraq, agentlik tərəfindən rayon üzrə təmiri nəzərdə tutulan digər küçələrdə də bərpa işləri həyata keçiriləcək.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












