"Sədərək” yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb - FOTOLAR

Türkiyə Respublikası ilə sərhəddə yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, TIR park nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edir.
“Sədərək” dövlət sərhədindəki buraxılış məntəqəsi ölkəmizdən keçən dəhlizlərin önəmli komponentlərindən biridir və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gələcəkdə məntəqədəki əməliyyatların bir hissəsinin TIR parkda aparılması planlaşdırılır.
7,34 hektar sahəni əhatə edən TIR parkın ərazisinə asfalt örtüyü çəkilib, xətləmə işləri aparılıb, yeni işıqlandırma dirəkləri quraşdırılıb. Su-kanalizasiya, elektrik xətləri, istilik və havalandırma sistemləri yenilənib. Proseslərin real vaxt rejimində izlənilməsi, təhlükəsizliyin gücləndirilməsi məqsədilə onlayn müşahidə sistemləri quraşıdırılıb.
Parka daxil olan sürücülərə nəqliyyat vasitəsindən enmədən onlayn növbə sistemi vasitəsilə qeydiyyatdan keçmək imkanı yaradılıb, həmçinin ixrac yüklərinin çəkisini müəyyənləşdirmək məqsədilə tərəzinin quraşdırılması nəzərdə tutulub.Ərazidə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanğın su anbarı tikilib.
Gələcəkdə gömrük ödənişlərinin alınması üçün bank xidmətinin yaradılması da nəzərdə tutulur.
Yükə baxışın keçirilməsi məqsədilə yük platforması və ixrac yüklərinin qeydiyyatını aparmaq üçün xidməti otaqlar istifadəyə verilib. Xidməti binada əsaslı təmirdən sonra sürücülər üçün nəzərdə tutulan zəruri infrastruktur yararlı vəziyyətə gətirilib.
Yenilənmiş TIR parkının istifadəyə verilməsi yük daşımalarının vaxtında icrası, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması və xidmət keyfiyyətinin artırılması ilə yanaşı, ölkəmizin tranzit potensialının gücləndirilməsi, beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətinin yüksəldilməsi və logistika xidmətlərinin daha səmərəli təşkili baxımından da mühüm əhəmiyyət daşıyır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















