Şəhla Abbasovaya vəzifə verildi - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə yeni direktor təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Şəhla Abbasova təyin olunub və kollektivə təqdim edilib.
Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, "Memarlıq" üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir. O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












