Smartfonlar səs vasitəsilə şarj olunacaq

Xiaomi mühəndisləri cihazlar üçün enerji mənbəyi kimi səs dalğalarından istifadə texnologiyası üzərində çalışırlar. Şirkət artıq sözügedən texnologiyanın patentini əldə edib. Beləliklə patent sənədində mobil cihazların səs dalğaları vasitəsilə şarj olunmaları prinsipi barəsində məlumat əks olunub. Xiaomi-nin planına əsasən bunun üçün nəzərdə tutulmuş şarj stansiyası özündə akustik titrəyişlərin generatorunu birləşdirəcək. İstifadəçinin cihazı isə öz növbəsində müvafiq tezliyi əldə edəcək qəbuledici ilə təchiz olunacaq. Nəticədə həmin qəbuledici bu cür səs dalğalarını əldə edərək onları elektrik cərəyanına çevirəcək.
Bununla belə şarj stansiyası enerjini həmçinin enerji girişindən və günəş panelləri kimi alternativ enerji mənbələrindən də əldə edə biləcək. Təqdim olunmuş bu yeni texnologiya hələ ki, kağız üzərində mövcuddur. Bu cür texnologiyanın satışa çıxarılması barsində danışmaq hələ çox tezdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Xiaomi naqilsiz şarj texnologiyasının digər alternativi olan Mi Air Charge texnologiyasını təqdim etmişdi. Sözügedən şarj stansiyası uzaq məsafədə yerləşən cihazı hava üzərindən şarj etməyə imkan verir./technote
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












