“SOCAR Petroleum”un daha iki yanacaqdoldurma məntəqəsi işə başlayacaq

“SOCAR Petroleum” bu ilin sonuna qədər daha iki yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırır.
Bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.
Onun sözlərinə görə, hazırda “SOCAR Petroleum”un gəlirləri xərclərini tam olaraq qarşılayır və qurumun məqsədi də yanacaq məntəqələri şəbəkəsinin sayını artırmaqdan ibarətdir:
“Bakıda və ölkəmizin müxtəlif bölgələrində cəmiyyətimizə məxsus topdan satış yerləri, neft terminal bazaları var ki, onlar yanacağın topdan satışını həyata keçirirlər. Təbii ki, yanacaqdoldurma məntəqələri şəbəkəsi və topdan satış həcmi artdıqca, bunun nəticəsində cəmiyyətimizin gəlirləri də artmış olur”.
Qurumun mətbuat katibi bildirib ki, hazırda, ölkə ərazisində SOCAR brendli yanacaqdoldurma məntələqələrinin sayı 36-a çatdırılıb:
“SOCAR Petroleum”un Bakı üzrə 20 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Onlardan 16 yanacaqdoldurma məntəqəsi bölgələr üzrə paylanıb. Bu ilin sonuna qədər isə daha iki yeni yanacaqdoldurma məntəqəsinin də işə başlaması planlaşdırılır. Onlardan biri Lerik rayonu ərazisində, digəri isə Qusar rayonunda, “Şahdağ” Turizm Kompleksinin ərazisində fəaliyyət göstərəcək”. (oxu.az)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












