Sumqayıtda bir sıra küçələr asfaltlanacaq - SİYAHI

Sumqayıt şəhərində abadlıq siyasəti çərçivəsində yolların, küçələrin yenidən qurulması istiqamətində sistemli tədbirlər davam etdirilir.
Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, bu işlərin başlıca məqsədi şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, eyni zamanda Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini layiqincə yaşatmaqdır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun birbaşa tapşırıq və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhər ərazisində genişmiqyaslı asfaltlaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində uzun illər baxımsız qalmış küçələr yenidən qurulur, yeni yol infrastrukturu sakinlərin istifadəsinə verilir.
Bu il ərzində görülməsi nəzərdə tutulan layihələr çərçivəsində xüsusilə şəhidlərin adını daşıyan küçələrə diqqət artırılıb. Belə ki, Corat bağları ərazisində yerləşən Şəhid Mais Səmədov küçəsi, Şəhid Məhəmməd Nadir Rzayev küçəsi, həmçinin Xəzri-2 yaşayış massivindəki Şəhid Gəray Məmmədov küçəsi və Şəhid Coşqun Zeynallı küçəsi yaxın zamanda asfalt örtüyü ilə təmin olunacaq. Bu addım, yalnız infrastrukturun müasirləşdirilməsi ilə yekunlaşmır, həm də şəhid ailələrinə göstərilən xüsusi qayğının və dövlət-vətəndaş birliyinin bariz təzahürüdür.
Sumqayıt Bələdiyyəsi , layihələrin icrası zamanı həm yolun texniki göstəricilərinə, həm də ekoloji təhlükəsizliyə xüsusi diqqət yetirilir. Hər bir küçənin ölçüsünə uyğun olaraq asfaltlanma işləri müasir texnologiyalarla həyata keçiriləcək.
Bu təşəbbüslər, şəhərin ümumi estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, vətəndaşların gündəlik həyatını da xeyli dərəcədə rahatlaşdıracaq. Sakinlər isə görülən işlərə böyük rəğbətlə yanaşaraq, şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Qeyd edilib ki, son illər ərzində Sumqayıtda aparılan abadlıq və infrastruktur layihələri nəticəsində onlarca küçə yenilənib, yüz minlərlə kvadratmetr əraziyə yeni asfalt örtüyü çəkilib. Bu işlər davamlı xarakter daşıyır və gələcəkdə də şəhərin bütün yaşayış massivlərini əhatə edəcək.
Şəhidlərin adını daşıyan küçələrin abadlaşdırılması həm mənəvi, həm də ictimai baxımdan yüksək əhəmiyyət daşıyır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












