Suqovuşana çəkilən yeni yolun minalardan təmizlənir - FOTO

Noyabrın 26-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 49 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən dörd müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 53 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












