Şuşaya yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edildi - FOTO
Yeniliklər
2 Dekabr 2020 13:54

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb. Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.
Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
Oxunub : 1236
DİGƏR XƏBƏRLƏR
17 Oktyabr 2026 20:24
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
16 Oktyabr 2026 13:03
Prezident onları təltif etdi - ADLAR
16 Oktyabr 2026 12:18
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
9 Oktyabr 2026 14:00
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
6 Oktyabr 2026 10:11
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
3 Oktyabr 2026 22:36
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
1 Oktyabr 2026 16:41
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
1 Oktyabr 2026 16:30
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
29 Sentyabr 2026 12:03
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
28 Sentyabr 2026 10:30
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
25 Sentyabr 2026 15:00
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
21 Sentyabr 2026 18:00
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
ŞƏRH YAZ















