Taksometr cihazlarının MƏCBURİLİYİ: "Fərdi şəkildə fəaliyyət göstərən taksilərin..." - EKSPERT

“Fərdi qaydada fəaliyyət göstərən taksilərdə xüsusi taksometr cihazlarından istifadə edərək gedilən məsafə və qiymətə nəzarət etmək mümkündür”.
Bu sözləri “Avtomobil nəqliyyatı” haqqında Qanuna edilən dəyişikliklərin qüvvəyə minməsinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamsında qeyd edib.

O bildirib ki, fərdi şəkildə fəaliyyət göstərən taksilərin bu məqsədlə xüsusi cihaz quraşdırması vacibdir:
“Taksometrlərlə bağlı məsələnin gündəmdə olması ilk hadisə deyil. Bu məsələ illərdir ki, “Avtomobil nəqliyyatı” haqqında Qanunda öz əksini tapıb. Sadəcə olaraq bununla bağlı müəyyən problemlər yaşandı. İndi qanuna edilən dəyişiklikilər fonunda sürücülərdən həmin qaydalara əməl etməsi tələb edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də sözügedən məsələylə bağlı ictimaiyyətə açıqlamasında qeyd edib ki, bunun üçün xüsusi cihazlara ehtiyac duyulmur. Mobil telefonla qiymətə nəzarət və gedilən məsafəni ölçmək məqsədilə müvafiq proqramlardan istifadə edərək taksi fəaliyyətini davam etdirmək mümkündür.
Lakin fərdi qaydada fəaliyyət göstərən taksilərə gəlincə, onların işində müəyyən problemlər yarana bilər. Bunun üçün də xüsusi taksometr cihazlarından istifadə edərək gedilən məsafə və qiymətə nəzarət etmək mümkündür. Taksi operatorlarında işləyən sürücülər isə özlərinə məxsus proqramlardan istifadə etməklə sərnişin daşıya bilərlər”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












