Tbilisidən Azərbaycan sərhədinə gedən beynəlxalq avtomobil yolu təmir olunur

Gürcüstan paytaxtı Tbilisidən Azərbaycan sərhədinə gedən beynəlxalq əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, asfalt örtüyünün təmiri ilə əlaqədar mayın 4-dən 10-dək Tbilisi-Bakursixe-Laqodexi beynəlxalq avtomobil yolunun 27-35-ci kilometrlik hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Gürcüstan Yollar Departamentindən bildirilib ki, burada yolun hərəkət hissəsi bir zolağa qədər daralacaq, ona görə də hərəkətin məhdudlaşdırıldığı dövrdə avtomobillər əvvəlcə bir zolaqla, sonra isə digər zolaqla hər iki istiqamətdə hərəkət edəcək.
Kaxeti regionunun əsas yollarından biri olan Tbilisi-Bakursixe-Laqodexi magistralı əhalinin sıx məskunlaşdığı ərazidən keçir və tranzit nəqliyyatın yüksək intensivliyi ilə xarakterizə olunur.
Qeyd edək ki, Alazani vadisi tərəfdən 2024-cü ildə Tbilisi-Bakursixe-Laqodexi-Azərbaycan sərhədi beynəlxalq avtomobil yolunu mövcud daxili yol ilə birləşdirən yeni dolama yolu tikilmişdir.
Hazırda bu yolda avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












