“Telegram” yeni funksiya istifadəyə verəcək

"Telegram" tərtibatçıları çoxdan gözlənilən yeniliklərdən birinin açıq sınaqlarına başlayıblar. Belə ki, messencerdə "Zoom", "Skype" və digər oxşar layihələrlə rəqabətə imkan verəcək qrup şəklində videoəlaqə funksiyası istifadəyə veriləcək. Bu barədə "iGuides" texnologiyalar portalının məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, hazırda qrup şəklində zənglər yalnız "Telegram"ın "Android" əməliyyat sistemi üçün beta versiyasında tətbiq edilib. Onu rəsmi "Telegram" kanalından yükləmək mümkündür.
Testlər başa çatdıqdan sonra qrup şəklində zəngləri "iOS", "iPadOS", "Windows", "macOS" və "Linux" daxil olmaqla bütün dəstəklənən platformalarda istifadəyə veriləcək.
Qrup şəklində zəngə xüsusi hüquqa malik qrup və ya ünsiyyət inzibatçısı başlaya bilər. İki zəng variantı mövcuddur: bütün iştirakçılar və ya yalnız inzibatçılar danışa bilər.
Qrup şəklində zənglər funksiyasını "@tginfochat" qrupunda test etmək olar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












