Tesla şirkəti dünyanın 5-ci ən güclü superkompüterini yaradıb

Tesla şirkəti öz superkompüterini yaradıb. Şirkətin sözlərinə əsasən onun superkompüteri dünyanın 5-ci ən güclü superkompüteridir. Yaradılmış superkompüterin əsas məqsədi isə avtopilot sisteminin təkmilləşdirilməsi üçün neyron şəbəkələrinin təlimatlandırmaqdır. Bu superkompüter Tesla Dojo adlı layihənin bir hissəsinə çevrilib. Sözügedən layihənin bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir. Tesla artıq son bir neçə ildir ki, Dojo layihəsi üzərində çalışır. Bu layihə çərçivəsində şirkət daha zəif texniki özəlliklərə sahib 2 ədəd superkompüter modeli yaradıb.
Yaradılmış yeni superkompüterin hesablama klasterinin tərkibinə 720 düyün daxildir və hər bir düyün 8 ədəd qrafik proessordan ibarətdir. Bu isə ümumilikdə 5760 ədəd qrafik prosessor edir. Superkompüterin hesablama gücü 1.8 ekzaflops təşkil edir. Onun NVMe yaddaşlarının ümumi həcmi isə 10 PB (petabayt) təşkil edir. Sözügedən NVMe yaddaşların pik oxuma sürətləri saniyədə 1.6 TB-dır (terabayt). Bundan əlavə olaraq məlum olub ki, Elon Musk Tesla superkompüterindən digər şirkətlərin istifadəsini də mümkün etməyi planlaşdırır. Bu halda həmin şirkətlər Tesla superkompüteri vasitəsilə özlərinin neyron şəbəkələrini təlimatlandıra biləcəklər./technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












