Tramvay xətti Naxçıvana nə vəd edir?

Son günlərdə Naxçıvanda tramvay xəttinin layihələndirilməsi barədə çox danışılır. Məsələ hətta “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na da salınıb. Bəs bu nəqliyyat növü Naxçıvana nə vəd edir?
Avtosfer.az xəbər verir ki, elektrik nəqliyyatı muxtar respublika üçün yad deyil. 1986-2004-cü illərdə bu şəhərdə trolleybus fəaliyyət göstərib.
Tramvay nəqliyyatının istismara verilməsi Naxçıvanın həm şəhər olaraq görkəmini yaxşılaşdırmağa, həm də ekoloji tarazlığı saxlamağa imkan verər. Şəhərdə qısa və uzun müddətli yeni iş yerləri də yaranacaq. Üstəgəl, Bakıdan fərqli olaraq burada küçələr nisbətən genişdir, xətlərin çəkilməsi üçün maneələr azdır.
Lakin məsələ təkcə texniki deyil, həm də simvolikdir. Belə ki, 1988-ci ildə muxtar respublikanın blokadası məhz nəqliyyatla başlamışdı. Əvvəlcə, Zəngəzurdan gələn qatar dayandı, ardınca bu diyara gedən elektrik xətləri Ermənistan aqressiyasının qurbanı oldu. Elektrikin kəsilməsi ilə dəmir yolu və trolleybusun da fəaliyyəti iflic oldu.
İndi isə dövr dəyişib. Zəngəzur dəhlizinin açılması artıq zərurətə çevrilib və bunun reallaşaçağı gün uzaqda deyil. Bu dəhlizin bərpa olunması ilə Naxçıvana gedib-gələnlərin, həmçinin bura işgüzar və ya daimi yaşamaq üçün gedənlərin sayında ciddi artım olacaq. Belə olduğu təqdirdə hazırki avtobus şəbəkəsi şəhərin ehtiyacını çətinliklə qarşılayacaq. Bunun üçün də elə indidən avtobus yerinə daha proqressiv nəqliyyat seçmək ən doru addımdır.
Bir sözlə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanda tramvayın fəaliyyətə başlaması Muxtar Respublikada 30 ildən çox davam edən blokadanın başa çatmasının simvoluna çevrilə bilər.
Vüqar
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












