Türkiyənin yeni qırıcı təyyarə tədarükü - 44 ədəd "Eurofighter"

Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb. Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Böyük Britaniyanin Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sənəd oktyabrın 27-də Türkiyə və Böyük Britaniya nümayəndə heyətləri arasında Ankarada baş tutan görüş zamanı imzalanıb:
"Bu addımı iki yaxın müttəfiq olaraq strateji münasibətlərimizdə yeni bir mərhələ kimi qiymətləndirirəm. İnanıram ki, Böyük Britaniya ilə bu əməkdaşlıq müdafiə sənayesində birgə layihələrə qapı açacaq".
Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 20, Qətər və Omandan isə 24 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi alacaq. Ərdoğan həmçinin qeyd edib ki, Starmer ilə ticarət və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. "Biz ticarətimizin həcmini 30 milyard dollara, sonra isə 40 milyard dollara qədər artırmağa hazırıq. Biz həmçinin qarşılıqlı investisiyalara və energetika və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. İnanıram ki, strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxaracağıq", - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, tərəflər həmçinin Qəzza sektorunda humanitar vəziyyəti, Rusiya-Ukrayna müharibəsini və bu münaqişənin həlli üçün tərəflərin ata biləcəyi addımları, eləcə də Suriyada sabitliyin qorunmasının əhəmiyyətini müzakirə ediblər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












