Vahid tələbə kartlarının veriləcəyi VAXT AÇIQLANDI – RƏSMİ

Xatırladaq ki, bir müddət əvvəl Təhsilin İnkişaf Fondundan bildirildi ki, oktyabrın 15-dən etibarən 11 universitetdə vahid tələbə kartı tətbiq olunacaq. Bir çoxları bunu səbrsizliklə gözləsə də, kartlar hələ də tələbələrə verilməyib.
Bəs bunun səbəbi nədir? Vahid tələbə kartlarnın tətbiqi niyə gecikir?
Təhsilin İnkişafı Fondu Layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis Nərgiz Qədirova açıqlamasında bildirib ki, kartlar hazırdır, hissəli formada Bakıya gəlirdi: “Onların üzəri sadə, ağ idi. Məlumatlar yapışdırılıb, bütün texniki prosedurlardan mərhələli şəkildə keçir”.
Qurum rəsmisi kartların noyabrın 4-dən tətbiq olunacağı 2 universiteti də açıqlayıb:
"Birinci gündən bu kartlar etibarən Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələrinə təqdim ediləcək. Daha sonra isə növbəli şəkildə digər universitetlərə də veriləcək”.
Bu kartlar ilk olaraq hansı kurslara veriləcək?
"İlk olaraq üstünlük I kurs tələbələrinə veriləcək. Çünki onların təqaüd məsələləri və s var. II, III və IV kurs tələbələrinin artıq kartları var deyə sadəcə əvəz ediləcək, təqaüdlərinin gecikməyinə problem yaşanmayacaq. Düşünürəm ki, çox qısa zamanda bu kartlar bütün universitetlərə, bakalavr, magistratura, doktorantura tələbələrinə veriləcək. Proses 1-2 həftə çəkə bilər",- deyə Nərgiz Qədirova bildirib.
Qeyd edək ki, tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdən onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək.
(bizim.media)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












